bu türk klubunun 6 xalı silindi və…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

FİFA Türkiyənin 1-ci liqasında çıxış edən “Balıkesirspor”a ağır cəza verib.

Publika.az xəbər verir ki, klubun 6 xalı silinib.

FİFA kluba Superliqada iştirak edən zaman futbolçu Nuno Andre Koelyoya olan 762 min avro borcunun ödənməsi üçün 26 aprel 2019-cu il tarixinə qədər zaman verib. Lakin borc ödənilməyib. Belə olan halda FİFA qırmızı-ağlı klubun 6 xalını silib və 2 mövsümlük transfer qadağası qoyub.



Qərar Türkiyə Futbol Federasiyası tərəfindən tətbiq edilib.

Beləliklə, sözügedən klub turnir cədvəlindəki 40 xalı 34-ə düşüb və 13-cü sıraya geriləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir