Nura Suri və Günay İbrahimli REKORDU ilə həmkarlarını kölgədə qoydu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Müğənni Nura Suri növbəti rekord göstəriciləri ilə həmkarlarını geridə qoyub.

Publika.az xəbər verir ki, dünən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2019”da bir çox sənət adamları da iştirak edib. Onlar arasında sağlam həyat tərzini və idmanı öz sosial şəbəkə hesablarında daim təbliğ edən müğənni Nura Suri də olub.


Məşhur sənətçi marafonla bağlı təəssüratlarını sosial şəbəkədə paylaşıb və bildirib ki, aparıcı Zümrüd Bədəlova və müğənni Günay İbrahimli ilə birlikdə qaçışda həmkarlarını gedirə qoymağa müvəffəq olub:

“Keçən il marafonda finala kimi Abbas Bağırov qaçmışdı, mən isə 15 km. Bu gün mən, Zümrud Bədəlova və Günay İbrahimli 15 km fəth etdik. Məşhurların çoxu şəkil çəkdirib, 2 km-dan sonra itdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir