Azərbaycan Premyer Liqasında ÇEMPİON BƏLLİ OLDU

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,


Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Publika.az Qol.az-a istinadən xəbər verir ki, artıq 4 matçdan 3-cü başa çatıb.

Günün ilk oyununda “Keşlə” “Zirə”ni qəbul edib və 1:3 hesabı ilə uduzub.

Digər oyunda “Qarabağ” doğma meydanda “Səbail”lə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Ağdam klubu yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, “Qarabağ” ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.

“Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. Bakı klubu çempionatı ikinci pillədə başa vuracağı dəqiqləşib. “Qəbələ”nin uduzması ilə “Səbail” bürünc medalı təmin edib və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Son oyunda “Sabah” “Sumqayıt”ı qəbul edəcək.

Bu nəticələrdən sonra xallarını 63-ə çatdıran “Qarabağ” qızıl, 58 xala malik “Neftçi” gümüş, 41 xalı olan “Səbail” isə bürünc medalları təmin edib. 2019-2020 mövsümündə “Qarabağ” Çempionlar Liqasında, “Neftçi” və ilk dəfə “Səbail” komandaları Avropa Liqasında mübarizə aparacaqlar. Çempionatı 36 xalla 4-cü pillədə başa vuran “Qəbələ” isə Azərbaycan Kubokunun finalında “Sumqayıt”a uduzsa, avrokuboklardan kənarda qalacaq. Bu halda, “gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə qitəmiqyaslı yarışlarda çıxış edəcək.

5 may (bazar)

17:00. “Keşlə” – “Zirə” – 1:3

Qollar: X. S. Rodriqes, 27 (0:1), Conatan Ayite, 45-pen (1:1), X. S. Rodriqes, 47, Mfo Kqasvane, 51 (1:3)

Qırmızı vərəqə: D. Silva, 28

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu

“ASK Arena”

18:00. “Qəbələ” – “Neftçi” – 1:3

Qollar: Mbodj, 26 (0:1), Baqali Dabo, 71 (0:2), Rauf Əliyev, 84 (1:2), Dabo, 90-pen (1:3)

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov

Qəbələ şəhər stadionu


18:00. “Qarabağ” – “Səbail” – 4:0

Qollar: Miçel, 20, Mahir Mədətov, 42, 69, 87

Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

20:00. “Sumqayıt” – “Sabah”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev

“Kapital Bank Arena”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp