Rusiyanın razılığı olmadan bu savaşa başlamaq…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

– Rusiyanın razılığı olmadan bu savaşa başlamaq böyük dağıntılar və itkilər deməkdir. Əlbəttə, Rusiya ilə anlaşa bilməsək sonda bu varianta getməli olacağıq. Vuruşmağa gəldikdə isə Qarabağ məsələsindən siyasi məqsədlər üçün istifadə edənlərə üzümü tutub demək istəyirəm ki,indi müharibə başlasa AKM-lə olmayacaq.Qoy maraqlansınlar aprel savaşı zamanı bizim neçə hərbçimiz güllə yarasından şəhid olub? İndi döyüş meydanında qələbəni təmin etmək üçün döyüş təyyarələri, vertolyotlar, artilleriya atəşləri, raketlər, pilotsuz dronlar, tanklar, tank və artilleriya əleyhinə raket kompleksləri və s. müasir silahlar və onlardan peşəkarcasına istifadə etməyi bacaran hərbçilər lazımdır. Bilirsiniz yadıma nə düşdü. Bir dəfə AXC-nin liderlərindən olmuş birisi vəzifəsindən geri çağrılandan sonra “Qələbə” meydanında təşkil olunmuş mitinqdə bəyan etdi ki, Qarabağı yalnız qarabağlılar azad edəcək. Bu çıxışından sonra çağırıb dünyanın o başına göndərdilər. Qarabağ da yaddan çıxdı, qabağlıların Qarabağı azad etməsi vəzifəsi də, bu məqsədi naminə aldadıb başına yığdığı və istifadə etdiyi qarabağlılarla birlikdə yaratdığı təşkilat da. Ona görə də bəzi adamların pafoslu çıxışlarına əhəmiyyət vermək lazım deyil.Biz qərar qəbul edərkən xalqımızın Qarabağın azadlığı üçün hansı qəhramanlığa və fədakarlığa hazır olmasını da mütləq nəzərə almalıyıq.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp