liderlərin ilk təkbətək görüşü başlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın Vladivostok şəhərində Rusiya prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In arasında danışıqlar başlanıb.

Publika.az xəbər verir ki, bu, dövlət başçılarının ilk təkbətək görüşüdür.

Putin Kim Çeni Şimali Koreyada yenidən ən yüksək posta seçilməsi münasibətiylə təbrik edib və onunla görüşə görə məmnun olduğunu deyib. Rusiya liderinin sözlərinə görə, o əmindir ki, səfər münasibətlərin inkişafına xidmət edəcək və nüvə probleminin nizama salınmasına kömək göstərəcək.


Rusiya dövlətinin başçısı Şimali Koreyanın nüvə probleminin həlli və ABŞ-la dialoqun normallaşması üzrə Kim Çen Inın səylərini alqışlayıb.

Öz növbəsində, Şimali Koreya lideri Putinə bildirib ki, onunla Koreya yarımadasında vəziyyət üzrə fikir mübadiləsi edəcəyinə ümid edir. O ümid etdiyini bildirib ki, Rusiya prezidenti ilə danışıqlar məzmunlu olacaq.

Qeyd edək ki, danışıqlar Uzaq Şərq Federal Universitetinin şəhərciyində keçirilir. Təkbətək görüşdən sonra danışıqlar iki ölkənin nümayəndə heyətlərinin iştirakıyla genişləndirilmiş formatda davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir