Ukraynanın bölünməsi bunun tək yoludur – Jirinovskidən ŞOK İDDİA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna prezidentliyə namizədlər Vladimir Zelenski ilə Pyotr Poroşenkonun mərkəzi “Olimpiya” stadionunda debatını şərh edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, siyasətçi debatın stadionda keçirilməsini “tamaşa” adlandırıb.

“Studiyada müzakirələri daha düzgün keçirmək, proqramı və öz komandasını təqdim etmək olar”, – Jirinovski qeyd edib.


Onun fikrincə, Zelenskinin yüksək reytinqinə baxmayaraq, Poroşenkoda təhlükəsizlik qurumları tərəfindən dəstək nəticəsində prezident seçkilərində qələbə üçün bütün imkanlar var.

“Zelenski daha 5 il oxuyacaq. Ukraynanın bölünməsi indiki böhranı həll etməyin tək üsuludur. Poroşenko buna daha sürətli gətirib çıxaracaq”, – partiya lideri əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp