“QATİL” ilk zərbəni aprelin 13-də endirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İsrailin Suriyaya son aviazərbələrin zamanı “F-16 Fighting Falcon” qırıcısı ən yeni aeroballistik raket olan “Rampage”dən ilk dəfə istifadə edib.

Publika.az “lenta.ru” saytına istinadən xəbər verir ki, bu haqda tvitter hesabında Maltadan olan hərbi analitik Babak Taqvey yazıb.

Qeyd edək ki, “Rampage” ilk dəfə 2018-ci ilin iyununda nümayiş etdirilib.


İsrailin IMS (Israel Military Industries) və IAI (Israel Aerospace Industries) şirkətləri tərəfindən yaradılan “Rampage”ni dördüncü və beşinci nəsil qırıcılardan, xüsusi halda, “F-15 Eagle”, “F-16 Fighting Falcon” və “F-35 Lightning II” qırıcılarından işə salmaq mümkündür. Silah zenit-raket komplekslərinin və rəqibin maddi obyektlərinin məhvi üçün nəzərdə tutulub. Silah Rusiya istehsalı “Pantsir” zenit-raket kompleksinin “qatili” hesab edilir.

Raketin uçuş məsafəsi 150 kilometr təşkil edir, uzunluğu 4,7 metr, döyüş hissəsi isə 150 kiloqramdan çoxdur.

Xatırladaq ki, İsrail Suriyanın Hama əyalətinə son aviazərbələri aprelin 13-də endirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp