Saakaşvili Poroşenkodan Ukrayna pasportunu geri istədi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Pyotr Poroşenkonu ona Ukrayna pasportunu qaytarmağa çağırıb.

Publika.az xəbər verir ki, bu haqda “Ukraynskaya Pravda” nəşri bildirib.

“Siz məni Ukrayna qanunvericiliyi və beynəlxalq normaların pozulmasıyla vətəndaşlıqdan məhrum etdiniz”, – Saakaşvili deyib.


Onun sözlərinə görə, Poroşenkoda qanun üzrə hərəkət etmək üçün prezident seçkilərinin ikinci turuna (aprelin 21-i -red.) qədər kifayət qədər vaxtı var.

Qeyd edək ki, Saakaşvili 2017-ci ilin iyulunda Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığından məhrum olunub. Ukrayna Miqrasiya Xidmətinin yaydığı məlumatda bildirilirdi ki, Saakaşvili Ukraynadan vətəndaşlıq alarkən anketdə yalan məlumatlar qeyd edib.

Xatırladaq ki, Mixail Saakaşviliyə Ukrayna pasportu 2015-ci ilin mayında Poroşenkonun fərmanı əsasında təqdim olunmuşdu, dekabrda isə o, Gürcüstan vətəndaşlığından məhrum edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir