Türkiyə NATO-dan çıxır? – Ağır nəticələri olacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İki ölkə arasındakı böhranın nəticəsi nə olursa-olsun, Türkiyənin NATO-dan xaric edilməsi mümkün deyil.

Publika.az xəbər verir ki, bunu Rusiyanın paytaxtı Moskvada Valday Müzakirə Klubu çərçivəsində keçirilən “Rusiya-Türkiyə münasibətlərində Suriya faktoru” toplantısında iştirak edən türkiyəli mütəxəssislər deyib.

SETA-dan Strateji Araşdırmalar direktoru Həsən Bəsri Yalçın NATO-nun öz qurumlarına sahib bir təşkilat olduğunu və Türkiyənin bu təşkilatda veto haqqına sahib olduğunu xatırladıb. Onun sözlərinə görə, Türkiyənin üzv olub-olmadığına ABŞ qərar verə bilməz.


Eyni qurumun Avropa Araşdırmaları direktoru Enes Bayraqlı da Türkiyəni NATO-dan xaric edə biləcək mexanimzin olmadığını dilə gətirib. Mütəxəssis bildirib ki, onsuz da, ABŞ Türkiyənin təşkilatdan çıxmağını istəmir. İstəsə belə, bunun çox ağır nəticələri olacaq. Türkiyənin NATO-dan ayrılması geosiyasi zəlzələ effekti yaradacaq.

Qeyd edək ki, daha öncə ABŞ prezidentinin köməkçisi Mayk Pens Türkiyənin Rusiyadan aldığı S-400 müdafiə kompleksi ilə NATO arasında seçim etməli olduğunu dilə gətirmişdi. Türkiyə və Rusiya ABŞ-dan gələn bu açıqlamaya sərt reaksiya vermişdi.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp