Məhkəmə müsəlmanların qatili ilə bağlı QƏRAR VERDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yeni Zelandiyanın Kraystçerç şəhərində martın 15-də məscidlərə silahlı hücum edən cinayətkar Brenton Tarrant məhkəmə qarşısına çıxarılıb.

Publika.az xəbər verir ki, məhkəmədə cinayətkarın 2 müxtəlif psixi sağlamlıq testindən keçirilməsinə qərar verilib.

Prosesdə Tarranta hakim və vəkillərin qərarlarına etiraz etmək haqqı verilməyib. O da bu vəziyyətə dair hər hansı bir söz deməyib.

Cinayətlə bağlı növbəti məhkəmə prosesi iyunun 14-də keçiriləcək.


O, hazırda Paremoremo şəhərindəki xüsusi mühafizə olunan “Auckland” həbsxanasında bir nəfərlik hücrədə saxlanılır.

Qeyd edək ki, 27 yaşlı Brenton Tarrant 50 müxtəlif cinayət və 39 cinayətə təşəbbüs ittihamları ilə günahlandırılır. Ona qarşı ittihamların artacağı gözlənilir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp