Bitkoinin qiyməti 5 min dolları keçdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti ötən ilin noyabr ayından bəri ilk dəfə 5 min ABŞ keçərək 5 025 dollara çatıb.

Publika.az xəbər verir ki, bitkoinin 100 min dollara qədər bahalaşacağı ilə bağlı proqnozlar səslənirdi. Amma bu baş verməyib.

Ekspertlər mövcud vəziyyəti ABŞ-ın İstiqrazlar və Mübadilə Komissiyasının (SEC – Securities and Exchanges Comission) kriptovalyuta bazarının “əliəyri” iştirakçılarına qarşı kampaniyaya başlaması ilə əlaqələndirir. Bundan sonra bitkoinlə bağlı bədbin gözləntilər üstünlük qazanıb. Tanınmış iqtisadçı, ABŞ-ın Nyu-York Universitetinin Leonard Ştern Biznes Məktəbinin professoru Niruel Rubini kriptovalyuta macərasının 2018-ci ildə başa çatdığını bildirib. Bundan sonra əsas kriptovalyutalar, o cümlədən bitkoin dəyərdən düşüb, bu sahənin investorları əllərindəki rəqəmsal pulları tələm-tələsik satmağa çalışıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp