YENİ QANUN: Homoseksuallar daşlanaraq edam olunacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bruney sultanlığında homoseksuallarla bağlı sərt qərar qəbul edilib.

Publika.az xəbər verir ki, bu gündən etibarən ölkədə homoseksual münasibət yaşayan şəxslər daşlanaraq edam olunacaq.

Bundan başqa, qeyri-qanuni şəkildə cinsi münasibət yaşayanlar da eyni cəzanı alacaqlar. Yeni qüvvəyə minən qanunla oğurluq edənlərin əlləri kəsiləcək.

Xalqa xitab edən Bruney sultanı Həsən əl-Bolkiah yeni qanunlardan bəhs etmədən öncə “bu ölkədə islami təlimlərin gedərək güclənməsini görmək istəyirəm” sözlərini deyib.


Buna qədər Bruney sultanlığında homoseksual münasibət qadağan idi. Cəzası ilə 10 ilə qədər həbs idi.

Dünyanın neft və qaz ixracatı sayəsində ən zəngin ölkələrindən birinə çevrilən Bruneyin 72 yaşlı sultanı Londondakı “Dorchester” və Los Ancelesdəki “Beverly Hills” daxil, bir çox hotellər şəbəkəsinin sahibidir. Amerikalı aktyor Corc Kluni sultanın homoseksuallara qarşı sərt qanunlar qəbul etməsinə görə onun hotellərini boykot etmiş və insanları bu boykota qoşulmağa çağırmışdı.

Bu arada, Amerikanın Texas ştatında yerli seçkilərdə bir qaradərili homseksual qadın qalib gəlib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp