Növbəti veloyürüş keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil çox həyat” devizi altında veloyürüş keçiriləcək.

Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın verdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən veloyürüş 7 aprel 2019-cu il tarixində Veloparkda təşkil olunacaq.


Yürüşün keçirilməsində məqsəd insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp