Məmmədyarov dünya birincisi ilə qarşı-qarşıya, Rəcəbov isə…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mərhum azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturniri V turun görüşləri ilə davam edəcək.

Publika.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov bu gün dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq. Təmsilçimiz qara fiqurlarla mübarizə aparacaq.

Digər qrossmeysterimiz Teymur Rəcəbov isə ağ fiqurlarla rusiyalı Sergey Karyakini qonaq edəcək.

“ShamkirChess 2019”

4 aprel

V tur

Maqnus Karlsen (Norveç) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

Teymur Rəcəbov (Azərbaycan) – Sergey Karyakin (Rusiya)

Vişvanatan Anand (Hindistan) – Aniş Giri (Hollandiya)


David Navara (Çexiya) – Dinq Liren (Çin)

Alekandr Qrişuk (Rusiya) – Veselin Topalov (Bolqarıstan)

Turnir cədvəli

Maqnus Karlsen – 3 xal

Sergey Karyakin, Dinq Liren – 2,5 xal

Teymur Rəcəbov, Vişvanatan Anand, Veselin Topalov – 2 xal

Şəhriyar Məmmədyarov, David Navara, Aleksandr Qrişuk, Aniş Giri – 1,5 xal

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp