Bakıda dəhşətli hadisənin baş verdiyi məktəbdən AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

162 nömrəli tam orta məktəbdən Publika.az-a verilən məlumata əsasən, VIII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) məktəbin III mərtəbəsindən yıxılıb.

İlkin məlumata görə, şagirdin ailəsində müəyyən problemlər mövcuddur. Hazırda şagird 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilib. Şagirdin ayağında sınıq var. Hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin əzilməsi, ağ ciyərin əzilməsi, yumşaq toxumaların əzilməsi diaqnozu ilə daxil olub xəstəxanaya, lazımi tibbi yardım göstərilib. Vəziyyəti ağır stabildir hazırda reanimasiyadadır.

*****

13:45

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

Hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.


Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.(Report)

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, məktəbli Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

“Həkimlərin ilkin tibbi yardım göstərilib və xəstə dərhal əməliyyata götürülüb. Hazırda əməliyyat davam edir, vəziyyəti ağırdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp