“Aprel yüksəklikləri” filmi Ali Hərbi Məktəbdə nümayiş olundu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Aprelin 3-də Mədəniyyət Nazirliyi tərəfindən Heydər Əliyev adına Ali Hərbi Məktəbində Aprel döyüşlərinə həsr olunmuş tədbir təşkil edilib.

Ali Hərbi Məktəbin zabit, gizir, həmçinin müəllim və kursantlarının iştirak etdiyi tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə və Məktəbin şəxsi heyətlə iş üzrə rəis müavini – şöbə rəisi, polkovnik Emin Səfərov çıxış edərək, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən Aprel döyüşlərindən və bu döyüşlərdə ordumuzun düşmənlərə qarşı göstərdiyi şücaətdən bəhs ediblər.


Sonra “Aprel yüksəkliyi” sənədli filmi nümayiş etdirilmiş və böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Aprel yüksəklikləri” sənədli filmi dövlət sifarişi ilə “Salnaməfilm” studiyasında çəkilib və rejissoru Zamin Məmmədovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp