ABŞ Almaniyanı NATO-da xərcləri artırmağa çağırdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Birləşmiş Ştatların administrasiyası Almaniyanı hərbi xərcləri artırmağa və NATO qarşısında öhdəlikləri yerinə yetirməyə çağırdı.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın vitse-prezidenti Maykl Pens bildirib.


Pensin sözlərinə görə, ittifaqda bir çox ölkələr, ilk növbədə Almaniya müdafiə xərcləri üzrə öz öhdəliklərini yerinə yetirmir. O xatırladıb ki, NATO-ya üzv ölkələrin öhdəliklərinə əsasən, müdafiə xərcləri ölkənin ümumi daxili məhsulun həcminin 2 faizindən çox olmalıdır.

Vitse-prezident həmçinin bildirib ki, “Şimal axın-2” qaz kəməri layihəsinin tikintisi davam etdiriləcəyi halda, Almaniya Rusiyanın girovu ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp