Ərdoğanın köməkçisi ABŞ-dan seçim tələb etdi: Ya Türkiyə, ya da…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oktay ABŞ-ın vitse-prezidenti Mayk Pensin Türkiyə ilə bağlı son bəyanatına cavab verib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, ABŞ-ın artıq qərar verməli olduğunu bildirib.

“ABŞ artıq qərar verməlidir. Türkiyənin müttəfiqi olaraq qalmaq istəyir, yoxsa NATO üzrə müttəfiqinin düşmənlərinə qarşı müdafiəsini baltalamaq üçün terrorçularla əməkdaşlıq edərək dostluğumuzu riskə atmaq istəyir?”, – Fuad Oktay tvitter hesabında yazıb.


Xatırladaq ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Türkiyəni “S-400” və NATO arasında seçim etməyə çağırmışdı.

“Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları – hansılar ki, bizim ittifaqımızı pozur – qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir”,- Penst tvitter səhifəsində yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp