FHN Zabrat hava limanında praktiki məşğələ keçirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan təmizləmə üzrə Çevik Qrupu və Kinoloji taboru, Zabrat hava limanında Aviasiya Təhlükəsizlik İdarəsi ilə birlikdə praktiki məşğələ keçirib.

FHN-dən Publika.aza bildiriblər ki, məşğələnin keçirilməsində əsas məqsəd pirotexnik və istehkamçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi, robot texnikasının ərazidə idarə olunması, xüsusi təlim görmüş itlərin tətbiqi və aeroportun təhlükəsizlik işçiləri ilə qarşılıqlı fəaliyyətin təşkili olub.


Şərti olaraq “112” zəng mərkəzinə daxil olmuş əməliyyat məlumatına əsasən hadisə yerinə minalardan təmizləmə və kinoloji qrupun şəxsi heyəti ilə xüsusi təlim görmüş itləri cəlb olunub. Ərazidə olan insanların təhlükəsiz məsafəyə evakuasiya olunduğuna əmin olduqdan sonra adı qeyd olunan obyektdə əməliyyatın başlanması üçün qərar qəbul edilib. Xüsusi avadanlıq və xüsusi təlim keçmiş xidməti itlərin vasitəsilə təcili-təxirəsalınmaz əməliyyat-axtarış, texniki baxış həyata keçirilərkən gözləmə zalında və parklanma meydançasında yerləşən avtomobilin altında sahibsiz şübhəli əşya aşkar edilib. Kinoloq tərəfindən tətbiq olunmuş it və keçirilmiş müayinə nəticəsində çantaların içində partlayıcı maddələrin olması təsdiqlənib.

Aşkar olunmuş partlayış təhlükəli əşyaların təhlükəsiz şəraitdə daşınaraq ərazidən uzaqlaşdırılması və xüsusi ayrılmış partlayış meydançasında məhv edilməsi qərara alınaraq robot vasitəsilə ərazidən götürülüb. Əməliyyatın yekununda partlayış təhlükəli əşyalar xüsusi qoşquya qoyularaq partlayış meydançasına daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp