Azərbaycan polisləri italiyanları məğlub etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin İstanbul şəhərində polislər arasında futbol üzrə beynəlxalq turnir keçirilir.

Publika.az xəbər verir ki, Türkiyə Polis Təşkilatının 174-cü il dönümü ilə əlaqədar təşkil edilən turnirdə Azərbaycan təmsilçiləri də iştirak edir.

A qrupunda yer alan komandamız ilk turda İtaliyanı 1:0 hesabı ilə məğlub edib. Qrupun digər oyununda isə ev sahibi 2:3 hesabı ilə Qətər komandasına uduzub.



Turnirin növbəti mərhələsi bu gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Təmsilçimiz Türkiyənin qonağı olacaq.

Son matç isə sabah Qətərə qarşı keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, B qrupunda İspaniya, Bosniya və Herseqovina, Rusiya, Şimali Kipr Türk Respublikası yer alıb. Qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarışın yarımfinal görüşləri aprelin 5-də, həlledici qarşılaşma isə ayın 6-da olacaq.

Final görüşü “Türk Telekom” stadionunda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp