Akademiyada baş vermiş partlayışın təfərrüatları məlum oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sankt-Peterburqun A.F.Mojayski adına Hərbi Kosmik Akademiyasında baş vermiş partlayışın təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, “Kommersant” qəzetinin güc strukturlarındakı mənbəyə əsasən yaydığı xəbərə görə, partlayıcı qurğu Akademiyanın binasının ikinci mərtəbəsində pilləkənin altında aşkar edilib.

Kursantlar pilləkənin altında şübhəli bağlamanın olması barədə müəllimlərə məlumat veriblər. Müəllimlərdən biri, təcrübəli istehkamçı Rifat Zakirov bağlamanı zərərsizləşdirmək üçün üstünə zirehli jilet atıb və bu zaman partlayış baş verib. Bağlamada trotil ekvivalenti ilə 500 qram gücündə partlayıcı qurğu olduğu ehtimal edilir.


Hadisə nəticəsində akademiyanın müəllimləri – polkovniklər Rifat Zakirov və Nikolay Kurday, mayor Andrey Tonışev və baş leytenant Valentina Qolovaçyova xəsarət alıblar. İçində partlayıcı qurğu olan bağlamanı akademiyanın kursantlarından və ya əməkdaşlarından birinin hadisə yerinə gətirdiyi ehtimal edilir.

Faktla bağlı qəsdən adamöldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp