66 min dollar maaş və dünyanı gəzmək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İngiltərənin “Vibrant Vegan Company” qida şirkəti yeni işçi axtarışına çıxıb.

Publika.az xəbər verir ki, şirkət dünyanı dolaşaraq yeni veqan yeməklər kəşf edən və bunları sənədləşdirən əməkdaşlar axtarır.

“Dad direktoru” adlanan bu vakansiyanın maaşı 50 min avrodur (66 min dollar).

Pozisiyaya qəbul olunacaq işçisinin qalmaq, səyahət və yemək xərcləri şirkət tərəfindən qarşılanacaq. Onun tək işi isə 4 ay boyunca Meksika, Çin, Hindistan və Türkiyə kimi ölkələrdə gəzmək olacaq.


Müraciət edənlərin qida sektorunda ən az 3 il təcrübəyə sahib olması və əməkdaşlıq bacarığı vacibdir.

Qeyd edək ki, sözügedən şirkət dünyanın hər tərəfində müharibə qurbanları olan uşaqlara yardım edən “Müharibə uşağı” təşkilatı ilə yaxından əməkdaşlıq edir.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp