608 amerikalı hərbçinin ölümündə İran günahkardır – ŞOK İDDİA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ İraq müharibəsinin gedişatında 608 amerikalı hərbçinin həlak olmasında İranı ittiham edir.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda İran üzrə ABŞ-ın xüsusi nümayəndəsi Brayan Huk bildirib.

“Mən bu gün məxfilikdən çıxarılmış kəşfiyyat məlumatlarına əsaslanaraq elan edə bilərəm ki, İran İraqda 608 amerikalı hərbçinin həlak olmasına görə məsuliyyət daşıyır”, – Huk deyib.


Onun sözlərinə görə, bu, 2003-2011-ci illərdə ABŞ-ın bütün döyüş itkisinin 17 faizidir.

Huk əlavə edib ki, İran İraqı öz nəzarəti altında saxlamağa çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp