Nazirlər Kabinetinə təklif göndərildi – Bu sahələrdə işləyənlərə yardım ediləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Hesablama Palatası dövlət tərəfindən sığortalanmasına maliyyə yardımı göstərilən sahələrə müvafiq əlavələrin edilməsini təklif edir.

Hesablama Palatası bununla bağlı təkliflərini artıq Nazirlər Kabinetinə təqdim edib.

Təkliflərdə qeyd edilir ki, dövlət tərəfindən sığortalanmasına maliyyə yardımı edilən kənd təsərrüfatı bitkilərinə pambıq, tütün, çay, çəltik və tut (çəkil) sahələrinin məhsullarının əlavə edilməsi məqsəduyğun olardı.


Palata hesab edir ki, büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması məqsədilə kənd təsərrüfatında sığorta mexanizminə yenidən baxılmalı, işlək və çevik mexanizm yaradılmalıdır.

Palata təklif edir ki, aqrar sahədə sığortanın inkişaf etdirilməsi üçün ərzaq təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif növ subsidiyaların verilməsinin sığorta mexanizmi ilə əlaqələndirilməsi faydalı olardı.(Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp