Vaşinqtondan ŞOK TƏHDİD: Rusiya buna görə cəzalandırılacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Kuba və Venesueladakı rejimlərə dəstəyə görə yüksək qiymət ödəyə bilər.

Publika.az xəbər verir ki, bu haqda Venesuela üzrə ABŞ-ın xüsusi nümayəndəsi Elliot Abrams CNN telekanalının efirində deyib.

“Ağ Ev administrasiyası Rusiyanı Venesuela prezidenti Nikolas Maduroya dəstəyə görə yüksək qiymət ödəməyə məcbur edəcək. Buna şübhə yoxdur”, – o deyib.


Daha əvvəl isə, Abrams Venesueladakı vəziyyətlə əlaqədar sanksiyaların tətbiqi imkanı haqqında Rusiyaya xəbərdarlıq edib.

Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də – kütləvi etirazlardan sonra parlament spikeri Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onun qanuni dövlət başçısı kimi tanıyıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir