Vyana Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etməyə hazırdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avstriyanın Federal Prezidenti Alexander Van der Bellen “Twitter” səhifəsində martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlə bağlı yazıb.

Publika.az xəbər verir ki, Alexander Van der Bellen Azərbaycanın Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşı olduğunu bildirib.

“Prezident İlham Əliyev və mən məhsuldar görüşümüzü bu yaxşı bünövrənin üzərində qurduq. Bu tərəfdaşlıqla yanaşı, həmçinin iki ölkənin universitetləri arasında çoxsaylı uğurlu əməkdaşlıq əlaqələri mövcuddur”, – deyə o bildirib.

Prezident qeyd edib ki, onun ölkəsi Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında gələcək danışıqlara ev sahibliyi etməyə hazırdır.

Asif


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir