Prezidentinin Avstriya səfəri və əldə olunan nəticələr

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

19 mart Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən görüş Azərbaycan Respublikasının növbəti diplomatik uğurudur. Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır.

Publika.az xəbər verir ki, uzun müddətdən sonra Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəsi ilə ilk dəfə görüş keçirildi.

Bundan əvvəllər Ermənistan tərəfi danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddialar irəli sürürdülər. Lakin martın 9-da ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Azərbaycan tərəfi də öz növbəsində dəfələrlə formatın dəyişilməzliyini vurğulamışdı.

Vyanada Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 2 saatdan artıq təkbətək görüş keçirildi. Daha sonra görüşə həmsədrlər və 2 ölkənin xarici işlər nazirləri də qatıldı və 3 saatdan artıq müzakirələr aparıldı.

Bu görüş danışıqlar prosesinə yeni bir impuls verib. Nəticə etibarilə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədrlər tərəfindən birgə “3+2” formatında Bəyanat verilib.

Bəyanatda qeyd olunur ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılıb. Sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunubdur.

Dövlət başçılarının görüşündən əvvəl 2 ölkənin xarici işlər nazirləri arasında 4 dəfə görüş keçirilib. Bu da formatın eyni şəkildə davam etdirilməsinin göstəricisidir.

Bəyanatda atəşkəslə bağlı məqamlar da qeyd edilib. Həmçinin, atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla bir birini tamamlaması vacib şərtlərdəndir, bunlar paralel və davamlı aparılmalıdır.

Danışıqlar prosesinin mahiyyətinə gəldikdə, Azərbaycan Respublikasının mövqeyi bəllidir və birmənalı xarakter daşıyır. Mövqeyimizi əsasən Helsinki yekunu haqqında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri təşkil edir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

O cümlədən, bu səfər Azərbaycan və Avstriya arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısı Avstriya Federal kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçiribdir. 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradılıbdır. Burada da 2 ölkənin aidiyyəti nazirliləri, işgüzar dairələri bir araya gətirilir.

Görüş əsnasında bir daha qeyd olundu ki, Azərbaycan və Avstriya arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Azərbaycan Avstriyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji və texnologiyalar kimi sahələrdə əməkdaşlığın böyük perspektivləri vatdır. Avstriya şirkətləri Azərbaycanda fəal sürətdə çalışırlar. Avstriya şirkətləri Azərbaycanda İçəri Şəhərdə bir sıra tarixi abidələrin bərpasında, dağ xizək turizm komplekslərinin yaradılmasında yaxından iştirak ediblər.

Avstriya rəhbərliyi Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir və bu səfər Azərbaycanla Avstriya əlaqələrinin hərtərəfli inkişaf etirilməsi üçün münbit zəmin yaratmış oldu. Avstriya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını yaxından dəstəkləyir. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanıbdır.

Nəqliyyat sahəsində 2 ölkə arasında böyük perspektivlər var. Azərbaycanın regionda yaratdığı infrastruktur imkanları Avstriya şirkətlərinin yeni bazarlara çıxışı üçün əlverişli imkanlar yaradır ki, Avstriya tərəfi də bunda maraqlıdır.

Publika.az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir