Sumqayıtdakı partlayışla bağlı YENİ XƏBƏR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sumqayıt şəhərində yerləşən poladəritmə sexində baş vermiş partlayışla bağlı cinayət işi açılıb.

Publika.az xəbər verir ki, İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınan və insan intkisi ilə nəticələnən hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar davam etdirilir.


Qeyd edək ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu,1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb. Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Digər yaralıların müalicəsi davam etdirilir.

Nizam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp