İnsanı kasıb edən SƏBƏBLƏR – Oxuduqca DƏHŞƏTƏ DÜŞƏCƏKSİNİZ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Yoxsulluq təkcə maddi vəsaitin çatışmazlığı deyil,
insanın özündə formalaşdıra bilmədiyi yüksək keyfiyyətlər, zamanla
ayaqlaşa bilmə bacarığı, özünə yaxşı ətraf yaratması cəhətlərinin
olmaması da mənəvi yoxsulluqdur. Əgər fiziki, mənəvi pis
vərdişlərdən insan özünü xilas edə bilsə, o zaman zənginlik və
firavanlıq özü onun qapısını döyəcək. Psixoloqlar kasıb insanları
12 il müşahidə etdikdən sonra onları yoxsulluq içində çabalamağa
vadar edən səbəbləri tapıblar. Bunlar insanların özlərində
formalaşdırdığı vərdiş və komplekslərdir.

Publika.az həmin səbəbləri diqqətinizə
çatdırır:

1. Başqalarını günahlandırmaq – kasıblar heç vaxt günahı
özlərində görmürlər. Məsuliyyətdən yaxa qurtarmaq üçün özlərindən
başqa hər kəsi, hətta zəmanəni də günahlandırırlar.

2. Vaxtı uzatmaq – yüz ölçüb bir biçmək yaxşı şeydir, amma
vaxtın qızıl olduğunu da unutmaq olmaz. Vaxt keçir və insan özünə
sual verməlidir ki, mən nə etmişəm, bundan sonra nə edə
bilərəm?

3. Aza qane olmaq – kasıb insanlar risk etməyə qorxurlar. Daha
doğrusu, risk etməyə qorxan elə kaslb qalır. Əlindəki cüzi
miqdardan milyonçu olan keçmiş kasıblar da az deyil. Ümumilikdə isə
maaşdan maaşa dolanaraq, aza qane olmağa özlərini öyrədirlər.
Əslində isə insan özünü daha yaxşı həyata layiq hesab etsə,
silkinib qalxa bilər.

4. Pulsuz oxumaq – kasıblar pulsuz təhsilə, treninqə, kurslara
yazılmaq istəyirlər. Amma hamı bilir ki, cibindən pul vermədiyin
müəllimə heç kim qulaq asmır. Məsələn, orta məktəblərdə keçilən
dərsləri repetitor da keçir. Əlavə nəsə öyrətmir ki? Sadəcə
repetitora pul verildiyi üçün, boşa getməsin deyə canına əziyyət
verib oxuyurlar. Amma məktəb pulsuz olur. Ona görə də xarici
ölkələrdə pullu təhsil və kurslar daha uğurlu sayılır. Həm də belə
yerlərdə keyfiyyət göstəricisi də yüksək olur.

5. Özünə yazığı gəlmək – kasıb insan özünə həmişə acıyıb, özünü
öz gözündən salıb. Bunu ilk sadalanan səbəblə də bağlamaq olar –
“öz zamanımda doğulmamışam, mən başqa ölkənin vətəndaşı olmalıydım,
ailəm, arxam olmayıb” və s. Düzdür, öz ölkəsində uğursuzluğa düçar
olub, başqa ölkələrdə şöhrət tapanlar da var, amma bunun üçün də
gərək cəhd edəsən. Yerindəcə oturub “mən amerikalı olmalıydım”
deməklə olmur. Gərək amerikalı olmağa cəhd göstərəsən. Çox vaxt isə
xarici qüsurlarını günahlandırırlar: qısa boyun, çirkin üzün,
yöndəmsiz bədən quruluşunun ona mane olduğunu deyirlər. Lakin tarix
də göstərir ki, zirvəyə qalxmaq, dövlətli olmaq istəyən çirkin
vücudundan “seks simvolu” da yarada bilər.


6. Taleyindən gileylənmək – kasıb adamın ən “sevdiyi”
məşğuliyyətdir. Oturub-durub fələyi, zəmanəni, qara bəxtini söyən
adamdan nəsə uğur gözləməyə gərək yoxdur. Çünki gileylənməkdən başı
açılmır. Düşünən insan isə taleyin hər zərbəsini bir fürsət bilir.
Onu yıxılmaq qorxutmur, əksinə hər yıxılanda daha möhtəşəm dikələ
bilir.

7. Başqaları nə deyər – düşüncəsi kasıbın “belini qıran” ən əsas
yanlışlardandır. Uğurlu insanlar başqalarının nə dediyinə baxmadan
öz ağlı ilə hərəkət edən, öz istəyinə çatanlardır. Kasıb isə
ətrafından, cəmiyyətdən çox asılıdır. Üstəlik bu “başqaları” da
qətiyyən uğurlu insan deyillər. Elə özü kimi addım atmağa
qorxanlardır.

8. Pulu boşa xərcləmək – burda deyə bilərsiniz ki, kasıbın
xərcləməyə pulu varmı? Elə məsələ də bundadır: əlində olan-qalanı
da xərcləyir. “Onsuz da qəpik-quruşdan nə olacaq ki?”, deyərək hər
xırda şeyi alıb evi doldurur. Ağlına da gəlmir ki, o xırda pullar
illərlə də olsa yığılıb xeyli pul ola bilər. Dama-dama göl olmaq
məsələsi…

9. Sevmədiyi işlə məşğul olmaq – maaşı bəhanə edib sevmədiyi
işlə məşğul olmaq da geniş yayılmış səbəblərdəndir. Sevdiyi və
bacardığı işin qulpundan yapışmaq yerinə qohum-əqrəbaya görk olmaq
üçün hər gün ayaqlarını sürüyə-sürüyə işə yollanmağa hazırdır.
Yalnız həftəsonlarının xəyalı ilə yaşayır, rəhbərliyi söyür,
bacardığı işin dalınca isə getməyə cəsarəti çatmır. Bunun üçün onun
daim əl altında olan bəhanələri var.

10. Başqasının həyatı ilə yaşamaq – varlı ədəbiyyat oxuyub özünü
maarifləndirir, kasıb isə oxuyub özünü qəhrəmanların yerinə qoyur.
Ya da oturub seriala baxır, sonra sanki öz qonşusu, qohumu imiş
kimi onu müzakirə edir. Serial bitdikdən sonra isə şou-proqramlara
baxıb müğənni və aktrisaların taleyi ilə maraqlanır. Kasıb
xəyallarla yaşayır, öz kumirlərinin uğurlarından zövq alır, özü isə
ömrünün kərpic-kərpic sökülməsinə əhəmiyyət vermir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp