Ermənistanda oğul 88 yaşlı anasını balta ilə qətlə yetirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistanda 88 yaşlı anasını qətlə yetirən oğula qarşı
ittihamlar irəli sürülüb.

Publika.az xəbər verir ki, “Report” Ermənistan
mətbuatına istinadən xəbər verir ki, hadisə Tavuş vilayətində qeydə
alınıb.


Vilayətin 62 yaşlı sakini evdə spirtli içkinin olmaması
səbəbindən anası ilə mübahisə edib. O, mübahisə zamanı balta ilə
anasına zərbələr endirib. Ağır xəsarətlər alan qadın tibb mərkəzinə
yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisəni törədən şəxs saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir