Müdafiə nazirinin sabiq müavini əfv edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında
həbsdə olan müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun da adı
var.

Sərəncamla Səlimov Mehman Əmirxan oğlu əfv edilib.


Xatırladaq ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci
(mənimsəmə – külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub.
M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər
Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir