Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual
məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan
biridir. Əvvəlki forumların mövzuları qlobal məsələlərin bugünkü
gündəliyini əks etdirir. Düşünürəm ki, bu, xarici siyasətlə bağlı
məsələlərlə, – bu, yeni xarici siyasət adlandırılır, – məşğul olmaq
üçün çox yaxşı seçimdir. Çünki son forumdan bəri, xüsusilə ölkələr
arasında münasibətlərdə, dünyada təhlükəsizlik və
proqnozlaşdırılabilmə ilə bağlı məsələlərdə çox şey
dəyişib.

Publika.az xəbər verir ki, bu fikirləri
Azərbaycan Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunun
açılışındakı nitqində söyləyib.

“Mən çox şadam ki, forumun çoxsaylı iştirakçısı var. Forumda 55
ölkədən 500-dən çox nümayəndə iştirak edir. Qonaqlarımızın arasında
5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və
42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş
cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər
var.


Bu gün bu zalda böyük intellektual potensial var, bu da,
əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox
sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət
iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual
potensialına görə ölçülür. Bu səbəbdən, mən düşünürəm ki, Qlobal
Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Əminəm ki,
qarşıdakı günlərdə müzakirə olunacaq məsələlər beynəlxalq
münasibətlərin gələcəyi, dünyanın gələcəyi ilə bağlı qərar
verənlərin diqqətini cəlb edəcək.

Azərbaycanın xarici siyasəti barədə danışarkən, mən deyərdim ki,
o, çox dəyişməyib. Biz Azərbaycanın yeni xarici siyasəti barədə
danışa bilmərik. Lakin sözsüz ki, regionda, dünyada vəziyyət
dəyişir və biz xarici siyasət təşəbbüslərimizi dəyişən dünyaya
uyğunlaşdırırıq. Lakin bizim xarici siyasətimiz əsas etibarilə
sabit, proqnozlaşdırıla bilən və müstəqildir. O, bizim milli
maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq
vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik,
sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması
Azərbaycanın prioritetlərindən biridir. Ona görə də Azərbaycan
sonuncu Forumdan bəri xarici siyasət istiqamətləri ilə bağlı
təşəbbüslərini davam etdirib. Düşünürəm ki, biz ənənəvi
tərəfdaşlarımızla əlaqələrimizi gücləndirməyə, yeni dostlar
qazanmağa, yeni körpülər tikməyə müvəffəq olmuşuq. Əlbəttə ki,
istənilən ölkə, o cümlədən Azərbaycan üçün qonşularla
münasibətlərin qurulması əsas prioritetdir. Bu mənada, sonuncu
Forumdan bəri bizim əlaqələrimiz güclənib. Biz qonşularımızla
qarşılıqlı maraqlara, qarşılıqlı hörmətə əsaslanan çox məhsuldar
işçi münasibətlər qurmuşuq. Bu, nəqliyyat, enerji təhlükəsizliyi,
ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək
edir. Bu səbəbdən, bizim qonşu ölkələrlə ənənəvi əlaqələrimiz
regional təhlükəsizliyi təmin edir”, – dövlət başçısı qeyd
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp