Daha bir “Boeing” qəzası: Bu dəfə Rusiyada

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Daha bir “Boeing” istehsalı təyyarə ilə bağlı problem
yaranıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər
verir ki, Rusiyanın Mirnıy şəhərindən Moskvaya uçan “Boeing
737-800” təyyarəsi təcili qəza enişi edib.

İlkin səbəb olaraq təyyarənin mühərrikinin nəzarətdənkənar
şəkildə dayanması göstərilir.


Rəsmilərin verdiyi məlumata görə, fövqəladə vəziyyətdə xəsarət
alan olmayıb. Təyyarədə nə qədər sərnişin və ekipaj üzvünün olduğu
isə açıqlanmır.

Qeyd edək ki, ötən həftə Efiopiyada “Boeing” şirkətinə məxsus
təyyarə dəhşətli qəzaya uğramışdı, nəticədə 149 nəfər həlak
olmuşdu. 5 ay öncə İndoneziyada da oxşar hadisə meydana gəlmişdi.
Həmin qəzada isə 189 nəfər ölmüşdü.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir