Ermənistanla bağlı ŞOK FAKT: 9,4 milyon…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistan Baş Prokurorluğunun 2018-ci il korrupsiyaya
qarşı mübarizə üzrə illik hesabatı açıqlanıb.

Publika.az xəbər verir ki, hesabatda
diqqətçəkən məqamlardan biri dövlət məmurlarının dələduzluğu ilə
bağlı 145 cinayət işinin başlanmasıdır.

Bu nəticə 2017-ci illə müqayisədə 29 dəfə çoxdur. Dələduzluq
cinayətləri üzrə 13 rəsmi şəxsin işi məhkəməyə göndərilib.


Bundan başqa, dövlət əmlakının mənimsənilməsi işi üzrə 487
cinayət işi araşdırılıb, 171 nəfər cinayət məsuliyyətinə cəlb
edilib. Baş Prokurorluğun yekun hesabatına görə, korrupsiya üzrə
cinayət işləri dövlət büdcəsinə 9,4 milyon dollar ziyan vurub.

Qeyd edək ki, ötən il Ermənistanın 11 dövlət qurumunda çalışan
ümumilikdə, 369 nəfər müxtəlif səbəblərdən həbs olunub.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp