Siz Putindən… – Mənbə HƏR ŞEYİ DANIŞDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Berlinin “Şimal axını-2” qaz kəmərinin tikintisi
layihəsindən imtina etməsi üçün uzun illərdir səy göstərən
Vaşinqton layihəyə qarşı sanksiyalar tətbiq etməyə
hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda mənbələrə
istinadən “The Wall Street Journal” qəzeti yazıb.

Nəşr yazır ki, ABŞ-ın yeni sanksiyaları Almaniyada NATO üzvünə
qarşı təcavüz kimi qəbul ediləcək. İzah edilir ki, belə vəziyyət
Berlin və Vaşinqtonun münasibətlərini xeyli pisləşdirəcək.

Bir neçə Amerika məmurunun sözlərinə görə, “Şimal axını -2”yə
qarşı sanksiyalar ABŞ-ın Düşmənlərlə Sanksiyalar Yoluyla Mübarizə
Aparma Qanunu (CAATSA) çərçivəsində tətbiq ediləcək. Sanksiyalar
boruların üzləməsi üzrə müqavilələr bağlamış investorlara və
şirkətlərə qarşı olacaq.

“Boru kəmərinə qarşı sanksiyalar yalnız Almaniya deyil, həm də
Avropa ilə qarşıdurma deməkdir. Biz boru kəmərinin tikintisini başa
çatdırmaq üçün bacardığımız hər şeyi edəcəyik”, – alman məmurlardan
biri nəşrə deyib.

ABŞ təhlükəsizlik xidmətinin anonim əməkdaşının sözlərinə görə,
ABŞ prezidenti Donald Tramp “Şimal axını-2” layihəsini Amerikanın
Avropa üzərində tutduğu “hərbi qalxan” olduğunu hesab edir.


“Əgər siz istəyirsinizsə ki, biz sizi heyvandan müdafiə edək,
siz onu niyə yedirirsiniz?”, – mənbə Trampdan sitat gətirib.

Nəşr qeyd edir ki, ABŞ-ın fikincə, Berlin və Vaşinqton arasında
nifaq yaradan “Şimal axını-2″ Avropanın ən böyük iqtisadiyyatını
Rusiya enerjidaşıyıcısılarından asılı edəcək. Eyni zamanda, ABŞ
nəşri yazır ki, ötən ilin yazında Tramp Almaniya kanslerini Angela
Merkellə görüşdə onu Rusiya qazının alınmasından imtina etməyə
inandırmağa cəhd edirdi.

“Angel, siz Putindən qazı almağı dayandırmalısınız”, – nəşr
anonim mənbələrə istinadən Oval kabinetdə baş tutan görüşdən sitat
gətirib.

Ötən həftə Rusiyanın “Qazprom” şirkətindən verilən məlumata
görə, kəmərin 818 kilometrlik hissəsi tikilib. Bu isə, kəmərin üçdə
bir hissəsidir. Həmçinin bildirilib ki, tikinti üzrə bütün işlər
plan üzrə gedir.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp