Şirniyyatdan imtina edən insanın orqanizmində NƏ BAŞ VERİR?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ekspertlərin fikrincə, pəhriz zamanı şəkərin rasiondan
çıxarılması orqanizmdə dəyişikliklərə gətirib çıxarır.

Publika.az xəbər verir ki, Avropanın elmi
nəşrlərində bəzi qidaların menyudan çıxarılması nəticəsində insan
bədəninin məruz qaldığı dəyişiklikləri izah edən məqalə dərc
edilib.

Neyrobioloqlar bildirirlər ki, yemək orqanizm üçün təbii
mükafatdır, insan beyni elə qurulub ki, bütün tələbat onda xoş
təəssürat oyatmağa yönəldilib. Elə yemək də ondan həzz almağı təmin
edir. Təkamülün formalaşdırdığı mezolimbik yol beyin üçün təbii
mükafatların kodunu açır. Bu mükafatların təkrarlanması fərdin
yaşaya bilməsi ilə birbaşa bağlıdır. Buna görə də insan orqanizmi
karbohidratlarla təchiz edən şirin məhsullara daha çox üstünlük
verir.


Alimlər laboratoriya şəraitində müəyyən ediblər ki, günün
birinci yarısında şirin qidadan məhrum edilən siçanlarda
narkotiklərdən asılılığa bənzər əlamətlər müşahidə edilir. Üstəlik,
heyvanlarda həyəcanlılıq səviyyəsi artır.

Tədqiqatçılar əmindirlər ki, rasionunda şəkərin miqdarını
azaldan insanda depressiya və buna bənzər pozğunluqlar müşahidə
edilə bilər. Bu, gen ekspressiyasına və dofamin reseptorlarına məhz
şəkərin təsir göstərməsi səbəbindən baş verir.

Buna görə də insan desert yeyəndə onun əhvalı yaxşılaşır.
Şəkərdən tam imtina etmək insanda ruh düşkünlüyünə və həyəcan
hissinin artmasına gətirib çıxarır, orqanizm stressin öhdəsindən
gələ bilmir, nəticədə hətta ciddi xəstəliklər törəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir