Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul
edib.

Publika.az-a XİN-dən verilən məlumata əsasən,
T.Klaar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin
aparıldığını qeyd edib.

Nazir Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
aparılan danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat
verib. Nazir Elmar Məmmədyarov Ermənistan rəhbərliyinin son
bəyanatları haqqında danışaraq bu kimi bəyanatların danışıqlar
prosesinə xələl gətirdiyini qeyd edib. Elmar Məmmədyarov
münaqişənin həll olunmamasının regionun dayanıqlı inkişafı və
rifahı baxımından ciddi maneə olduğunu bildirərək, beynəlxalq
ictimaiyyətin işğalçı qüvvələrin Azərbaycanın bütün işğal edilmiş
ərazilərinin boşaldılmasını, bu ərazilərdən qovulmuş insanların öz
torpaqlarına geri qayıtmasını və beləliklə də bölgədə sülhün təmin
olunmasını birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb. Bu
xüsusda, nazir Elmar Məmmədyarov Avropa İttifaqı rəsmilərinin
münaqişənin həlli ilə bağlı səsləndirdiyi son bəyanatlara istinad
edib.


Öz növbəsində, T.Klaar danışıqların mahiyyətinin önəm kəsb
etdiyini bildirib və Avropa İttifaqının əhalinin sülhə hazırlanması
istiqamətində töhfə verməyə hazır olduğunu vurğulayıb.

Daha sonra tərəflər Avropa İttifaqı-Azərbaycan arasında
ikitərəfli münasibətlərin cari vəziyyəti, qarşılıqlı səfər
mübadiləsi, o cümlədən ikitərəfli əməkdaşlıq əlaqələrinin hüquqi
bazasını təşkil edəcək yeni saziş üzrə davam edən danışıqlar barədə
fikir mübadiləsi aparıblar.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran regional
məsələlər də müzakirə edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp