Ermənilərin işdən çıxartdırdığı Yaşaroğlu… – MŞ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın Sputnik informasiya agentliyinin Azərbaycan bürosunun
baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılma səbəbi antierməni
mövqeyi və Moskvada düşmən təbliğatına qarşı etirazları olubsa,
bununla bağlı lazımi tədbirlər görülməlidir.

Bu sözləri Axar.az-a Rusiyanın Sputnikinformasiya agentliyinin Azərbaycan
bürosunun baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılmasına
münasibət bildirən Mətbuat Şurasının (MŞ) sədr müavini Müşfiq
Ələsgərli deyib. O bildirib ki, Mətin Yaşaroğlu işdən çıxarılma
səbəbini rəsmən bəyan etməlidir:


“Bu informasiya aidiyyəti olan şəxs tərəfindən hələlik rəsmən
bəyan edilməyib. Mətin bəy işdən çıxma səbəbi kimi antierməni
mövqeyi olduğunu deməyib. Lakin həqiqətən də bu hadisə baş veribsə,
çox ciddi məsələdir. Burada bir informasiya qurumunun Azərbaycana
qarşı normal olmayan siyasətindən söhbət gedir və buna görə ölçü
götürülməlidir. Düşünürəm ki, mütləq şəkildə cavab tədbirləri
olmalıdır. Amma əvvəlcə bu səbəbi Mətin bəyin özü və təmsil etdiyi
qurum təsdiqləməlidir. Məlumat təsdiqlənərsə, təbii ki, zəruri
addımlar atılmalı, adekvat cavab verilməlidir”.

Qeyd edək ki, Rusiyanın Sputnik informasiya agentliyinin Azərbaycan bürosunun
baş redaktoru Mətin Yaşaroğlunun işdən çıxarılmasına səbəb kimi
onun antierməni mövqeyi, agentliyin baş ofisində (Moskvada) düşmən
təbliğatına qarşı kəskin etirazları göstərilir. İddiaya görə, onun
vəzifədən alınmasında ermənilərin ciddi səyi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp