Bu gün 37 mindən çox insan imtahan verəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının
birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, Bakı, Şirvan
şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil
müəssisələrində ümumilikdə 37434 şagirdin imtahan verəcəyi nəzərdə
tutulur.

İmtahan saat 11:00-da başlayacaq.


IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci
mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda
ümumilikdə 84 imtahan mərkəzi ayrılıb.

İmtahanda 37434 (Bak şəhəri Yasamal rayonunda 2837, Binəqədi
rayonunda 4254, Səbail rayonunda 1544, Xətai rayonunda 3474, Xəzər
rayonunda 2836, Nərimanov rayonunda 3131, Suraxanı rayonunda 2713,
Sabunçu rayonunda 4820, Nəsimi rayonunda 2374, Qaradağ rayonunda
2170, Nizami rayonunda 2454, Pirallahı rayonunda 386, Naxçıvan
Muxtar Respublikasında 3439, Şirvan şəhərində 1002) nəfər 9-cu
sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254
imtahan rəhbəri, 2980 nəzarətçi‑müəllim, 221 buraxılışı təşkil edən
əməkdaş, 84 bina nümayəndəsi ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir