Türkiyəyə qarşı XAİN PLAN, Azərbaycan və Ermənistan liderləri… – GÜNÜN SİYASİ XÜLASƏSİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda
görüşə bilərlər. Amerika ordusu Suriyadan 50 tona yaxın qızıl
çıxarıb. Minsk Rusiyanı başqa ölkələrdən neft almaqla hədələyib.
Belarusda bundan sonra da Rusiyanın hərbi obyektləri yerləşəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing OC-135B Open Skies” müşahidə
təyyarəsi Rusiya ərazisi üzərindən uçuş edib.

Azərbaycan və Ermənistan liderləri yaxın vaxtlarda
görüşə bilərlər.
Bu barədə ATƏT-in Minsk qrupunun
həmsədrlərinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, liderlər Minsk qrupunun yaxın
vaxtlarda görüşmək təklifini qəbul ediblər.

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün
yeni imkanlar yaranıb”.
Bu barədə ATƏT-in Minsk
qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib. Onun sözlərinə görə,
Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin həlli ilə bağlı yeni
imkanların yarandığını anlayır.

“Ermənistanda hakimiyyət dəyişikliyi bu imkanların yaranmasının
başlıca amilidir”, – deyə o bildirib.

“Əgər biz “F-35”-ləri almasaq, daha yaxşı olar,
çünki əks təqdirdə, biz Amerikadan tamamilə asılı
olacağıq”.
Bu haqda Türkiyə Hərbi Hava Qüvvələrinin
istefada olan general-mayoru Bəyazid Karataş deyib.

Amerika ordusu Suriyadan 50 tona yaxın qızıl
çıxarıb.
Bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, amerikalılar bu qızılları təhlükəsizliklərinə
təminat verdikləri silahlılardan alıblar.

Agentliyin məlumatına görə, terrorçular son müqavimət qalaları
olan Deyr əz-Zorun Baqhuz məntəqəsi yaxınlığında gizlətdikləri 40
tona yaxın qızılı ABŞ hərbçilərinə veriblər.

Bildirilib ki, ABŞ hərbçiləri terrorçulardan aldıqları
qızıllardan başqa daha 10 ton ağırlığında xəzinə də aşkarlayıblar.
Hərbçilər əldə etdikləri qızılları gecə ikən helikopterlərlə
ölkədən çıxarıblar.

Rusiya-Belarus dövləti çərçivəsində “ümumi rubl”
mümkündür, bu, Rusiya rublu olmamalıdır.
Bu haqda
Belarussiya Prezidenti Aleksandr Lukaşenko Minskdə ictimaiyyət və
KİV-lə “Böyük danışığın” gedişatında bildirib.

“Bu gün bizə valyutanı təklif edirlər. O, (Rusiya prezidenti
Vladimir Putin – red.) mənə ritorik danışır ki, əlbəttə, bu rubl
olacaq. Mən deyirəm ki, əlbəttə, rubl olacaq. Sizdə də rubl və
bizdə də rubl var. Məsələ bunda deyil. Bu, Rusiya və ya Belarus
rublu olmayacaq, əgər o olacaqsa, bizim ümumi rublumuz olacaq”, –
Lukaşenko bildirib.

Xatırladaq ki, Belarus prezidenti ötən ay da analoji bəyanatla
çıxış edib.

Belarusda bundan sonra da Rusiyanın hərbi obyektləri
yerləşəcək.
Bu sözləri Belarus Prezidenti Aleksandr
Lukaşenko deyib.


“Biz Rusiyadan bundan sonra da bir qəpik belə almayacağıq. Çünki
bu bizim ümumi təhlükəsizliyimizdir”, – Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, hazırda ölkə ərazisində
Rusiyanın iki hərbi obyekti mövcuddur və bir il sonra bununla bağlı
müqavilə yenilənməlidir.

Əgər Minsk vergi manevrinə görə kompensasiya üzrə
Rusiyayla razılaşmasa, onda başqa ölkələrdən neft almağa məcbur
olacaq.

Pakistan ümid edir ki, Hindistanla genişmiqyaslı
hərbi konfliktdən qaçmaq mümkün olacaq, əks təqdirdə bu müharibə
qarşılıqlı özünüməhvə səbəb olacaq.
Bunu CNN-ə
müsahibəsində Pakistan Xarici İşlər naziri Şah Mahmud Qüreyşi
deyib.

“Ümid edirəm ki, bu savaş baş verməyəcək. Bu, qarşılıqlı
özünüməhv anlamına gələr. Pakistan heç vaxt eskalasiyaya cəhd edib,
düşmənçilik mövqeyi tutmaq istəmir”, – deyə o bildirib.

Bu həftə Pakistan və Hinsidtan növbəti dəfə
müharibənin bir addımlığına gəldi. Fevralın 27-də Pakistan
Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin məhv edildiyini
açıqladı. Hindistan isə Pakistanın bir qırıcısını
vurdu.
İki dövlət arasında müharibə ehtimalının
yüksək olduğu nəzərə alsaq, onların potensialını qiymətləndirmək
yerinə düşər.

ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing OC-135B Open
Skies” müşahidə təyyarəsi Rusiya ərazisi üzərindən uçuş
edib.
Bu haqda “PlaneRadar” monitorinq resursunun
məlumatlarında deyilir.

“ABŞ Hərbi Hava Qüvvələrinin “Boeing OC-135B Open Skies”
müşahidə təyyarəsi Amurda Komsomolsk şəhərindəki qəbuledicinin
hərəkət zonasında hərəkət edib”, – xəbərdə qeyd edilib.

Qeyd edilir ki, təyyarə bundan sonra Ulan-Ude istiqamətində
hərəkət edib.

Ukrayna öz ərazisində yaxın və orta mənzilli
raketlər yerləşdirməməlidir.
Bunu jurnalistlərə
açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O,
bunun Ukrayna dövlətçiliyi üçün təhdid olacağını bildirib:

“Əgər Ukraynada belə raketlər yerləşdirilsə, bu, fəlakət olacaq.
Anlamaq lazımdır ki, rusiyalılar bu raketlərin Ukraynada
yerləşdirilməsini istəmirlər. Biz rusiyalılarla həmrəyik. Ona görə
də Ukrayna bu istiqamətdə heç bir addım atmamalıdır, əks təqdirdə
bu, Ukrayna dövlətçiliyi üçün fəlakət olacaq”.

Ömər Dağlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp