Türkiyə təyyarəsi Ukraynada qəza enişi etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin İstanbul şəhərindən Rusiyanın paytaxı
Moskvaya uçan “Turkish Airlines” hava şirkətinə məxsus sərnişin
təyyarəsi Odessada qəza enişi edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər
verir ki, hadisə vaxtı “Boeing 737″də 122 sərnişin olub. Təyyarə
yüksəklik məsafəsini kəskin şəkildə aşağı salıb və Odessada hava
limanına eniş edib. Təyyarənin heyət üzvləri enmədən əvvəl hava
maşınının sistemində yağın təzyiqinin aşağı olduğunu
bildiriblər.

Hazırda mütəxəssislər təyyarəyə baxış keçirirlər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp