Gəncədə 100 illik yubiley – FOTO

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gəncə şəhərində Azərbaycan Respublikasının təhlükəsizlik
orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə
tədbir keçirilib.

Publika.az xəbər verir ki, Heydər Əliyev
Mərkəzində baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov, DTX-nin Gəncə şəhər idarəsinin rəisi Əli
Əliyev, “Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət
Veteranları Birliyinin sədri Şamil Süleymanov iştirak ediblər.

Tədbirdə çıxış edən Niyazi Bayramov bildirib ki, hər bir ölkənin
inkişafında təhlükəsizlik, sabitlik çox mühüm rol oynayır. O
cümlədən Azərbaycanda sabitliyin, təhlükəsizliyin təmin olunması,
cinayətkarlığa qarşı mübarizənin düzgün və ciddi şəkildə aparılması
hər bir ölkənin, o cümlədən Azərbaycanın inkişafına çox böyük töhfə
verən amillərdir. O qeyd edib ki, bu gün Dövlət Təhlükəsizlik
Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı qorunması
istiqamətində həyata keçirdiyi fəaliyyətində öz tarixinin şərəfli
səhifələrini yazır. Vətənin və xalqın təhlükəsizliyinin
qorunmasında müstəsna xidmət göstərir. Niyazi Bayramov 100 illik
yubiley münasibətilə dövlət təhlükəsizlik xidmətinin bütün şəxsi
heyətini, veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını
təbrik edib, onlara müqəddəs işlərində uğurlar arzulayıb.

DTX-nin Gəncə şəhər idarəsinin rəisi Əli Əliyev bildirib ki,
əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab
İlham Əliyevin qayğısı ilə daim təkmilləşən Dövlət Təhlükəsizlik
Xidməti hazırda öz inkişafında yeni mərhələyə qədəm qoyub. Dövlət
Təhlükəsizlik Xidmətinin keçdiyi tarixi yola nəzər salan Əli Əliyev
qeyd edib ki, müstəqilliyini əzmlə möhkəmləndirən, demokratik
prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda
dönməzliyini sübuta yetirən Azərbaycan Respublikası bu gün öz
dövlətçilik ənənələrini daha da inkişaf etdirərək etibarlı
gələcəyi, əbədiyaşarlığı üçün sarsılmaz təməl yaradır. Bu sahədə
üzərinə mühüm vəzifələr düşən Dövlət Təhlükəsizlik Xidməti
Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin
qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində mühüm
işlər görür.


“Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları
Birliyinin sədri Şamil Süleymanov bildirib ki, Azərbaycanın
təhlükəsizlik xidmətinin yaradılmasının 100 illiyi ilə bağlı
silsilə tədbirlər ölkənin bir çox şəhər və rayonlarını əhatə edir.
Bu tədbirlərin keçirilməsinin mahiyyətindən danışan Şamil
Süleymanov qeyd edib ki, əsas məqsəd bölgələrdə görüşlər təşkil
etmək, ulu öndər Heydər Əliyev təhlükəsizlik orqanlarındakı
fəaliyyəti barədə gənc nəsli məlumatlandırmaqdır. O, ölkənin
təhlükəsizlik orqanlarındakı fəaliyyətindən söz açıb, Heydər
Əliyevlə bağlı xatirələrini bölüşüb.

Niyazi Bayramov Azərbaycan Respublikasının təhlükəsizlik
orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə
“Alyans” Azərbaycan Respublikasının Xüsusi Xidmət Veteranları
Birliyinin şəxşi nişanı və Fəxri fərmanı ilə təltif edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının təhlükəsizlik
orqanlarının yaradılmasının 100 illik yubileyi münasibəti ilə Gəncə
şəhərinin ictimai həyatında və təhlükəsizliyinin təmin edilməsində
fərqləndiklərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şəhər
idarəsinin bir qrup əməkdaşı Gəncə Şəhər İcra Hakimiyyətinin “Fəxri
Fərman”ına layiq görülüb.

Tədbirdə həmçinin ümummili lider Heydər Əliyevin dövlət
təhlükəsizlik orqanlarındakı fəaliyyətini əks etdirən qısametrajlı
sənədli film nümayiş olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp