Azərbaycanda şirkət direktoru faciəvi şəkildə öldü – Sərxoş vəziyyətdə olub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı-Şamaxı magistral yolunda ağır qəza baş
verib.

Publika.az xəbər verir ki, Magistralın 23-cü
kilometrliyində – Abşeron rayonu ərazisində “Toyota” markalı, 90 LS
628 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən piyadanı
vurub. Ağır xəsarət alan 1958-ci il təvəllüdlü Əvəzov Səxavət
Xocaxan oğlu hadisə yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı yolun hərəkət hissəsinə çıxmış
piyadanın sərxoş olması müəyyən edilib.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Faciəvi
şəkildə vəfat edən S.Əvəzov Müşfiq qəsəbəsində yerləşən quşçuluq
fabrikinin direktoru olub.

Nizam

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp