Ermənilərin Sumqayıt iğtişaşını törətməkdə konkret məqsədləri olub

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sumqayıt hadisələri hər şeydən əvvəl sübut etdi ki,
ermənilər özlərinin xəstə təxəyyülünün məhsulu olan utopik
ideyaların həyata keçirilməsi istiqamətində bütün ağlasığmaz
üsullara əl atmağa, hətta ermənilərin özlərinə qarşı da vandalizm
həyata keçirməyə hazırdırlar. Sumqayıt hadisələri ermənilərin həmin
hadisələrə qədər azərbaycanlılara qarşı törətmiş olduqları və ondan
sonra törədəcəkləri qanlı cinayətlərə bəraət qazandırmağa, kölgə
salmağa hesablanmışdı. Bir sözlə, ermənilərin Sumqayıtda
törətdikləri təxribat onların Azərbaycan ərazilərində separatizm və
işğalçılıq siyasətinin bir elementi idi.

Bu fikirləri politoloq Elşad Mirbəşiroğlu bildirib. O qeyd edib
ki, ermənilər Sumqayıt hadisələri ərəfəsində, yəni, 1987-ci ilin
sonunda Ermənistanda və Dağlıq Qarabağ Muxtar Vilayətində
azərbaycanlılara qarşı açıq hücumlara başlamışdılar. Həmçinin
unutmaq olmaz ki, Sumqayıt hadisələrindən bir neçə gün əvvəl,
fevralın 20-də DQMV-nin Xalq Deputatları Sovetində erməni icmasının
təmsilçiləri Dağlıq Qarabağın Ermənistan SSR-in ərazisinə
birləşdirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali
sovetlərinə müraciət ünvanlamaq haqqında qərara da gəlmişdilər.
Təbii ki, azərbaycanlılar bu qərara qarşı çıxmış və etirazlarını
bildirmişlər. Etiraz aksiyasında iştirak edən dinc soydaşlarımıza
qarşı silahlı hücum təşkil edilmiş və iki nəfər qətlə
yetirilmişdir. Bütün bunlar bir daha sübut edir ki, ermənilərin
Sumqayıt iğtişaşını törətməkdə konkret məqsədləri olub.

Politoloq deyib ki, Sumqayıt hadisələrində əsasən ermənilərin
özlərinin qurban seçilməsində məqsəd Ermənistandakı və Dağlıq
Qarabağdakı azərbaycanlılara qarşı qanlı hücumları maksimum
genişləndirməkdən ibarət idi. Buna da nail oldular. Belə ki,
1988-1989-cu illərdə Ermənistanda azərbaycanlılara qarşı etnik
təmizləmə həyata keçirilən zaman 216 soydaşımız ağlasığmaz
vəhşiliklə qətlə yetirilib. Sumqayıt hadisələrindən sonra ermənilər
bütün dünyada anti-Azərbaycan kampaniyasına başladılar. Bir sözlə,
məlum hadisələr Ermənistanın işğalçılıq siyasətinə bəraət
qazandıracaq bir amil rolunda çıxış etməli idi. Bu hadisələr
birbaşa M.Qorbaçovun sifarişi, rəhbərliyi və Ermənistanın da
koordinasiyası ilə törədilib. Hər şey əvvəlcədən dəqiqliklə
hazırlanmış plan üzrə baş verib. Ermənilərin ünvanları
müəyyənləşdirilib və onlara qarşı hücumlar təşkil olunub.


E.Mirbəşiroğlu xüsusilə vurğulayıb ki, həmin iğtişaşlar zamanı
ermənilərin əksəriyyətini azərbaycanlılar xilas etmişlər.
Azərbaycanlılar erməniləri gizlədərək onları hücumlardan
qorumuşlar. Buna baxmayaraq, məqsəd azərbaycanlıları ermənilərə
qarşı təxribatda ittiham etməkdən ibarət idi. Bu planın əsas
təşəbbüskarı olan Qorbaçov öncədən hər şeydən xəbərdar idi. Buradan
daha bir məqam haqqında düşünmək üçün əsas yaranır. Artıq sirr
deyil ki, SSRİ-nin dağıdılması üçün Qərbin əlində əsas alətə
çevrilmiş Qorbaçov kifayət qədər “səmərəli” fəaliyyət göstərirdi.
SSRİ-nin dağıdılması planını bütün detalları ilə həyata keçirən
Qorbaçovun əsas məqsədlərindən biri bu prosesin dönməz xarakter
almasına nail olmaqdan ibarət idi.

Politoloq hesab edir ki, keçmiş SSRİ-nin Azərbaycanla yanaşı,
digər nöqtələrində də oxşar iğtişaşların törədilməsi SSRİ-nin
dağıdılması planının bir hissəsi idi. Deməli, SSRİ-nin dağıdılması
planının həyata keçirilməsində ermənilər də “səmərəli” alət kimi
geniş istifadə ediliblər. Bu xidmətlərin qarşılığında isə
ermənilərin Azərbaycan ərazilərini işğal etmələri təmin olunub.
Tarixən dönük olmuş ermənilər indi də müəyyən güclərin aləti
olmaqda davam edirlər. (azərtac)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp