Qətərdə Xocalı soyqırımının qurbanları anıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Qətərdəki Səfirliyi
tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım
mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Qətərdə
yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri
iştirak ediblər.

Tədbir zamanı Xocalı faciəsinin qurbanları və Azərbaycanın ərazi
bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Daha sonra səfir Rəşad İsmayılov çıxış edərək, Xocalı faciəsi və
Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib.
Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar
törətdiklərini qeyd edən səfir, Xocalı soyqırımının bəşəriyyət
tarixində misli görünməyən amansızlıqla törədilmiş ən qanlı
faciələrdən biri olduğunu vurğulayıb:

“Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca
olmaqla, 613 dinc Xocalı sakini vəhşiliklə qətlə yetirilib. Xocalı
soyqırımını törədənlərin indiyədək cəzasız qalması təəssüf
doğurur”.


Səfir Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə
çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə son illər
ərzində həyata keçirilən “Xocalıya ədalət kampaniyası” çərçivəsində
böyük uğurların əldə edildiyini və artıq dünya dövlətlərinin Xocalı
faciəsini soyqırım aktı kimi tanımağa başladığını diqqətə
çatdırıb.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı
soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Xocalı faciəsini əks
etdirən fotosərgi ilə tanış olublar. Qarabağ münaqişəsi, xüsusilə
də Xocalı soyqırımını əks etdirən kitab və materiallar
paylanılıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan
süfrəsi ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp