Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Magistraturaya qəbul imtahanının birinci mərhələsinin
nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən
məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı,
həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş
nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahan nəticələri saat 15:56-dan etibarən DİM-in saytında
yerləşdirilib.


İmtahanda iştirakı nəzərdə tutulan 12684 bakalavrdan 138 nəfəri
imtahana gəlməyib. 1 nəfər qaydaları pozduğu üçün imtahandan xaric
olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100
baldan 97 bal olub.

Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın
II mərhələsinə (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi
imtahanına) buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan
mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq
bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib
təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanının II mərhələsi
mayın 26-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir