“Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi amansızlıqla törədilib”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Xocalı soyqırımı əliyalın xalqımıza qarşı xüsusi
amansızlıqla törədilib”.

“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qafqaz
Müsəlmanları İdarəsində “Xocalı soyqırımı xalqın əbədi
yaddaşındadır: Xocalıya ədalət!” adlı tədbirdə çıxışı zamanı
deyib.


Onun sözlərinə görə, Azərbaycan xalqı çox ağrılı gün yaşayıb:
“Köçəryan, Sarkisyan hakimiyyəti nəinki bu soyqırımı təşkil
ediblər, onun birbaşa iştirakçıları olublar. Ona görə də bu
soyqırım xüsusi amansızlıqla törədilib. Vaxt gələcək Xocalı
soyqırımını törədən canilər beynəlxalq trubunal qarşısında cavab
verəcəklər”.

Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan torpaqları bu
gün də işğal altındadır, dünyanın ən böyük hüquqi təşkilatı olan
BMT-nin torpaqlarımızın azad edilməsi ilə bağlı qəbul etdiyi
qətnamələr hələ də yerinə yetirilməyib: “İnanıram ki, yaxın
gələcəkdə biz buna nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü
təmin olunacaq. Bugünkü siyasətimiz torpaqların sülh yolu ilə azad
edilməsidir. Ancaq vaxtı çatanda, lazım olanda Azərbaycanın tam
hüququ var ki, güclü ordusu hesabına ərazi bütövlüyünü təmin
etsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir