Milli Məclisin nümayəndə heyəti Avstraliyada səfərdədir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Milli Məclisin Azərbaycan-Avstraliya Parlamentlərarası
Əlaqələr üzrə İşçi Qrupunun nümayəndə heyəti Avstraliyada işgüzar
səfərdədir.

Nümayəndə heyətinin tərkibinə İşçi Qrupunun rəhbəri, millət
vəkili Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri,
millət vəkili Asim Mollazadə daxildirlər.

Azərbaycan nümayəndə heyəti Kanberra şəhərində Avstraliyanın
Federal Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçiriblər.
Görüşlərin əsas məqsədi Avstraliya Parlamentində fəaliyyət göstərən
Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinə
Xocalı soyqırımının ildönümü barədə məlumat vermək, iki ölkə
arasında münasibətlərin hazırkı durumu və inkişaf perspektivlərini
müzakirə etmək, eləcə də hər iki ölkənin qanunverici orqanları
arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ətrafında fikir
mübadiləsi aparmaqdan ibarətdir.

Görüşlər ilk növbədə Avstraliya-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun sədri Kreq Kelli ilə başlayıb. Görüş zamanı Kreq
Kelli 2018-ci ildə Azərbaycana etdiyi səfəri barədə xatirələrini
bölüşdü, ölkəmizin inkişafını xüsusilə qeyd etdi. O, aprel ayında
keçirilmiş prezident seçiklərini müşahidı etdiyini və bununla bağlı
xatirələrini bölüşdü. Cənab Kelli Avstraliyanın Azərbaycan ilə
əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, bu
münasibətlərin siyasi, iqtisadi, elm və mədəniyyət sahələrində
böyük potensiala malik olduğunu söylədi. Bununla yanaşı, nümayəndə
heyəti Avstraliya Senatının üzvü xanım Konçetta Fierravanti-Uels
ilə görüş keçirmişdir. Senator Fierravanti-Uels 2017-ci ildə
Azərbaycana həyata keçirdiyi səfəri xatırladaraq, səfər zamanı
Azərbaycan Hökumətinin rəsmiləri və Parlamentinin rəhbərliyi ilə
bir sıra görüşlər keçirdiyini bildirdi. O, iki ölkənin
parlamentləri arasında əlaqələrin daha inkişaf etdirilməsinin
vacibliyini vurğuladı. Həmçinin, təhsil, mədəniyyət və
multikulturalizm sahəhəsində əməkdaşlıq üçün geniş imkanların
mövcudluğunu diqqətə çatdırdı və bu əməkdaşlığın təməlinin artıq
qoyulduğunu söylədi. Senator Avstraliya və Azərbaycanın
universitetləri arasında mübadilə proqramları və birgə layihələrin
həyata keçirilməsinin əhəmiyyətini vurğuladı. O, bu istiqamətdə
əlaqələrin gücləndirilməsi üçün lazımi dəstəyin verilməsinə hazır
olduğunu bildirdi.


Daha sonra, nümayəndə heyəti Avstraliya Parlamentinin Nümayəndə
Palatasının üzvü Milton Dik ilə görüş keçirdi. Qeyd edək ki, Milton
Dik 2018-ci ildə Avstraliya Parlamentinin nümayəndə heyətinin
tərkibində Azərbaycanda səfərdə olub. O, iki ölkə arasında dostluq
münasibətlərinin möhkəmləndirilməsinin vacibliyi vurğuladı. Milton
Dikin Parlamantdə təmsil etdiyi Kvinslend ştatının təbii
ehtiyatlarla zəngindir. Həmçinin, həmin ştat kənd təsərrüfatı
sahəsində böyük potensiala malikdir. Millət vəkili Azərbaycanla bu
sahələrdə əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq dəstəyin
veriləcəyini vəd etdi.

Səfər çərçivəsində Avstraliya-Azərbaycan Parlamentlərarası
Dostluq Qrupunun üzvü xanım Ənn Ali ilə görüş zamanı avstraliyalı
deputat ölkəsinin Azərbaycan ilə çoxşaxəli əməkdaşlığa maraq
göstərdiyini qeyd etdi və bu münasibətlərin həm humanitar, həm də
siyasi və iqtisadi sahələrdə həyata keçirilməsi üçün lazımi
dəstəyin göstərilməsinə hazır olduğunu bildirdi. O, Azərbaycanın
regionda sülhün və təhlükəsizliyin təmin edilməsində mühüm rol
oynadığını və Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurların
qonşu ölkələr üçün nümunə olduğunu vurğuladı. Azərbaycanın
multikulturalizm modelinin regionda yayılması üçün böyük
potensialın olduğunu bildirdi. O, qeyd etdi ki, Azərbaycan bir sıra
Qərb ölkələrindən əvvəl qadınlara seçmək və seçilmək hüququnu
verdi. O, Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc
yanaşı yaşadığını vurğulayaraq, bu kimi dəyərlərin regionda bir
sıra dini münaqişələrin həllinə müvafiq töhvə verə biləcəyini
bildirdi. O, Azərbaycanın terrorizm və dini radikallıq ilə
mübarizədə oynadığı rolu xüsusilə vurğuladı.

Qeyd olunmalıdır ki, bütün görüşlər zamanı avstraliyalı millət
vəkilləri Azərbaycanın acısını bölüşdüyünü bildirdilər və gələcəkdə
bir daha bu cür faciələrin təkrarlanmaması üçün beynəlxalq
ictimaiyyətin ciddi dəstəyini sülh prosesinə vermyə hazır olduğunu
vurğuladılar. Millət vəkilləri Mariya Vamvakinu və Stiv Qeorqanas
ilə görüş zamanı qarşı tərəf Azərbaycanda iqtisadi sahədə həyata
keçirilən irimiqyası layihələrin önəmini qeyd edərək, ölkəmizin
enerji və nəqliyyat sahələrində həyata keçirdiyi layihələrin
Avstraliyanın müttəfiqi olan Avropa ölkələrinin bəhrələnə
biləcəyini bildirdi. Bu qlobal iqtisadi layihərlə yanaşı,
Azərbaycanın məhz humanitar, o cümlədən multukulturalizm sahəsində
də apardığı işlərin önəmini vurğuladılar. Azərbaycanın layihələri
sülh gətirən layihələrdir. Parlamentin kənd təsərrüfatı üzrə daimi
komitəsinin sədri cənab Rik Vilson ilə görüş zamanı əsas diqqət
Azərbaycan və Avstraliya arasında kənd təsərrüfatı sahəsində
əməkdaşlığın aparılmasına yönəlmişdir.

O cümlədən suvarma sahəsində Avstraliyanın təcrübəsinin
öyrənilməsi. Pambıq istehsalı sahəsində Avstraliyanın qabaqcıl
texnologiyasının öyrənilməsi. Avstraliya bu sahədə təcrübəsini
bölüşməyə hazırdır. Eyni zamada, dağ-mədən sahəsində əməkdaşlıq
imkanları, o cümlədən Avstraliyanın təcrübəsi. Azərbaycan üçün
mütəxəssislərin hazırlanması. Rik Vilson gələcəkdə Azərbaycana
səfəri zamanı aidiyyəti qurumlarla danışıqlar aparmaq niyyətində
olduğunu bildirdi. Parlamentlərarası əməkdaşlığın ikitərəfli
münasibətlərin inkişafına töhfə verdiyi bildirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir