İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 20-də ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə
müavininin müşaviri xanım Sandra Oudkirk ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində nazirlərin beşinci toplantısında layihənin uğurlu
icrası ilə bağlı səmərəli müzakirələrin aparıldığını vurğuladı.
Dövlətimizin başçısı ötən il bir neçə mühüm layihənin icrasının
başa çatdırıldığını qeyd edərək, bugünkü toplantıda yeni tərəflərin
də təmsil olunduqlarını vurğuladı. Bildirdi ki, bu, layihəyə artan
marağın göstəricisidir.

Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın Cənub Qaz
Dəhlizi layihəsinə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini
qeyd etdi.


ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin
müşaviri xanım Sandra Oudkirk 2018-ci ildə layihənin uğurlu icrası
istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu dedi. O, ötən il
bu layihə çərçivəsində yeni xətlə Türkiyəyə ilk dəfə olaraq 1
milyard kubmetr qazın çatdırıldığını vurğuladı.

Görüşdə bərpaolunan və alternativ enerji, eləcə də digər
sahələrdə Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq məsələləri
ətrafında fikir mübadiləsi aparıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp