Nazir şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüş keçirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil
Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri,
tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.

Publika.az xəbər verir ki , S.Babayev şəhid
ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial
müdafiəsinin gücləndirilməsinin və rifah halının
yaxşılaşdırılmasının Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən
biri olduğunu vurğulayıb.

O, dövlət başçısı tərəfindən keçən il və cari ilin ötən dövründə
imzalanan fərman və sərəncamların da bu istiqamətdə əhəmiyyətli
addımların atılmasına şərait yaratdığnı bildirib.

O ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və
veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində
aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat,
əlilliyin qiymətləndirlməsi, reabilitasiya sahələrində həyata
keçirilən islahatlar barədə məlumat verib: “Keçən şəhid ailələri və
müharibə vetreranlarına 626 mənzil verilib, bu il isə 800-dən artıq
mənzil verilməsi nəzərdə tutulub. Eyni zamanda, keçən il şəhid
ailələrinə 250 avtomobil, bu il isə 170-180 avtomobil veriləcək.
Milli Qəhrəmanlar 1500 manat təqaüd alır. Sosial müavinət və
təqaüdlərə də yenidən baxılır, təkmilləşdirmə üzərində iş aparılır.
Sosial təminat sahəsində 600- 700 milyon manat vəsaiti ayrılıb. 20
min nəfər müharibə veteranı təqaüd alır, şəhid ailəsindən 15 min
nəfərə sosial müavinət ayrılıb. Sizlərlə birlikdə yeni proqramlar
və təkliflərin hazırlanaraq hökümətə təqdim olunması
məqsədlərimizdən biridir”.


Nazir sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü
təşkili baxımından belə görüşlərin keçirilməsinə, müvafiq ictimai
qurumlarla fikir mübadilələrinə, onlardan gələn rəy və təkliflərin
öyrənilməsinə xüsusi önəm verildiyini deyib.

Görüşdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant,
Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı, millət
vəkili Flora Qasımova, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın
sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları və Şəhid Ailələri İctimai Birliyinin (İB) sədri Mehdi
Mehdiyev, Qarabağ Qaziləri İB-nin İdarə Heyətinin üzvü Rey
Kərimoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin sədri
Füzuli Rzaquliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə İB-nin sədri Emin Həsənli, Aprel şəhidi Raquf
Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin
sədri Sevinc Əlizadə və başqaları Prezident cənab İlham Əliyevin
həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə
imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə ediblər. Onlar
belə görüşlərin ənənəvi xarakter almasını müsbət dəyərləndiriblər.
Eyni zamanda, çıxışçılar rastlaşdığı problemlər haqqında məruzə
edərək, öz tələb və təkliflərini irəli sürüblər.

Görüş sosial müdafiə sahəsində atılan addımlarla, aparılan
islahatlarla bağlı müzakirələrin aparılması, rəy və təkliflərin
bildirilməsi ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir